"El-Klassiko"nun qalibi lider oldu

11-04-2021, 09:42           
"El-Klassiko"nun qalibi lider oldu
İspaniya La Liqasında "El-Klassiko" baş tutub.

Demokrat.az xəbər verir ki, 30-cu turda "Real" Madriddə əzəli rəqibi "Barselona" ilə qarşılaşıb.

Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb (2:1).

Belə ki, Madrid klubu ilk hissədə vurduğu iki qolla oyunun taleyini həll edib.

Bununla da, "Real" turnir cədvəlində 66 xalla "Atletiko"ya şərikli lider olub. Ancaq "Atletiko"nun ehtiyatda bir qarşılaşması var. "Barselona"nın isə 19 oyunluq məğlubedilməzlik seriyası qırılıb. Hazırda Kataloniya klubu 65 xalla 3-cü pillədə qərarlaşıb.

"Real" - "Barselona" - 2:1
Qollar: Benzema 13 (1:0), Kross, 28 (2:0), Minqueza, 60 (2:1)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru