Türkiyə cüdoçusu Avropa çempionu oldu

18-04-2021, 00:06           
Türkiyə cüdoçusu Avropa çempionu oldu
Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı finalda Mattias Kasseyə qızıl xal bölümündə qalib gəlib. Bu, həm də "ay-ulduzlular"ın ilk medalı olub.

Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vano Revazişvilidir. O, 2 mart 1993-cü ildə Qazaxıstanın Kokçetav şəhərində gürcü ailəsində doğulub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Yunanıstanı Roman Mustopulos adı ilə təmsil edib. 2017-ci ildən Türkiyə yığmasında Vedat Albayrak adı ilə mübarizə aparır.

Albayrak 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Avropa çempionatındakı ilk görüşündə isə o, azərbaycanlı cüdoçu Murad Fətiyevi yenib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru