İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub

18-04-2021, 07:18           
İspaniya Kuboku:
"Barselona" futbol klubu İspaniya Kubokunun finalında "Atletik"i məğlub edib.

Trend-in məlumatına görə, 4:0 hesabı ilə yekunlaşan oyun Sevilyada keçirilib.

Qolları Antuan Qrizmann (60-cı dəqiqə), Frenkie de Yonq (63) və Lionel Messi (68, 72) vurub.

"Atletik" bir ay ərzində İspaniya kubokunun ikinci finalında məğlub oldu. Aprelin 3-də Bilbao komandası 2020-ci il ölkə kubokunun finalında "Real Sosiedad"a məğlub oldu. Koronavirus pandemiyası səbəbindən bu matç təxirə salınıb, görüş 18.04.2020 tarixində keçirilməsi nəzərdə tutulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru