Kadırov Həbibə duel təklif etdi

14-05-2021, 00:07           
Kadırov Həbibə duel təklif etdi
Çeçenistanın başçıs Kadırovla döyüşçü Həbib Nurməhəmmədovu Axmat döyüşçüsü ilə duelə çağırıb.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Kadırov Dağıstanlı döyüşçü Rusiya və ya Dağıstan bayrağı altında deyil, UFC bayrağı altında çıxış etdiyinə görə məzəmmət edib. Həmçinin Həbibi "Axmat" klubunin döyüşçüsü Həmzətlə döyüşə çağırıb.

Kadırov bəyan edib ki, qazandığı qələbəyə görə istənilən qonarrarı ödəməyə hazırdır.

Ramzan Kadırov həmçinin canlı yayımda Həbib Nurməhəmmədovu "UFC layihəsi" adlandırıb. "Həbib yaxşı idmançıdır, amma UFC layihəsidir, 100% layihədir. Çünki UFC rəhbəri Dana Vhite ilə yaxşı münasibətləri var və orada yaxşı döyüşləri olub. Mən heç qardaşımız Həbibin Rusiya Federasiyası və ya Dağıstan bayrağı altında çıxış etdiyini görməmişəm. Mən belə düşünürəm və yəqin ki, o da razılaşacaq. Həbibin çempion olmadığını demirəm, o çempiondur".

Həbib isə Ramzan Kadırovun açıqlamasına hələlik münasibət bildirməyib.

Qeyd edək ki, 24 oktyabr 2020-ci ildə əslən dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov amerikalı Justin Gajiyə qalib gələrək öz titulunu qoruyub saxlaya bildi. Daha sonra isə anasına söz verdiyi üçün döyüş karyerasını bitirdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru