Qızı ilə birlikdə həlak olan əfsanəvi basketbolçunun adı əbədiləşdirildi - FOTO/VİDEO

17-05-2021, 08:27           
Qızı ilə birlikdə həlak olan əfsanəvi basketbolçunun adı əbədiləşdirildi - FOTO/VİDEO
“Los Anceles Leykers”in sabiq oyunçusu Kobi Brayant ölümündən sonra “Basketbolun şərəf zalı”na daxil edilib.

Bu barədə NBA-nın saytında məlumat verilib.

Bildirilir ki, rəsmi mərasim ABŞ-da baş tutub.

“Basketbolun şərəf zalı”na Brayantdan əlavə NBA çempionları Tim Dankan və Kevin Qarnett, qadın NBA çempionu, Olimpiya çempionu Tamika Ketçinqs, məşqçilər Rudi Tomyanoviç, Kim Malki, Barbara Stivens, Eddi Satton, menecer Patrik Bauman da daxil edilib.

Xatırladaq ki, məşhur basketbolçu Kobi Brayant və qızı Cinna-Mariyanın olduğu helikopter 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb.

Helikopterin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub.0xu.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru