"Brügge" növbəti dəfə Belçika çempionu oldu

21-05-2021, 06:46           
"Brügge" növbəti dəfə Belçika çempionu oldu
"Brügge" komandası vaxtından əvvəl Belçikanın futbol üzrə çempionatının qalibi olub.

“Report” xəbər verir ki, bu, "Anderlext"lə matçdan sonra olub.

Brüsselin "Konstant van den Stok" stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

"Brügg"nin heyətində Hans Vanaken dubl edib, daha bir qolu isə Noa Lanq öz hesabına yazıb. "Anderlext"də Lukas Nmeça iki dəfə fərqləqnb, üçüncü qolu Yakob Larsen rəqib komandanın qapısından keçirib.

Beləliklə, "Brügge" mövsümün sonuna qədər çempion titulunu rəsmiləşdirib. Komanda 44 xal yığıb. Çempion ən yaxın təqibçisi "Genk"i 3 xal qabaqlayır.

Qeyd edək ki, "Brügge" ardıcıl ikinci dəfədir Belçika çempionu olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru