Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq

22-05-2021, 00:11           
Tokio-2020: Azərbaycan idmançıları peyvənd olunacaq
Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan idmançıları peyvəndlənmə prosesinə cəlb olunacaq.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çüngiz Hüseynzadə qurumun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar vaksinasiya prosesinə cəlb olunacaq: "Xəstəliyə yoluxan və orqanizmində anticism yaranan atletlərə peyvənd vurulmasına ehtiyac yoxdur".

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, idmançılar atletlər kəndində məskunlaşacaq. Tokio-2020-də iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayanadək vaksinasiya olunacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru