“Lill” 10 ildən sonra Fransa çempionu olub

24-05-2021, 06:08           
“Lill” 10 ildən sonra Fransa çempionu olub
Fransa Liqa1-də 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qızıl medalçının adına XXXVIII – sonuncu turda aydınlıq gəlib.

“Anje”nin qonağı olan lider “Lill” zirvəni sona qədər əldən verməyib. Conatan David (10-cu dəqiqə) və Burak Yılmazın (45+1) qolları sayəsində 2:1 hesablı qələbə qazanan Kristof Qaltyerin yetirmələri 83 xalla mövsümü ilk pillədə tamamlayıb.

Bununla PSJ-nin ardıcıl 3 mövsümlük çempionluq seriyasına son qoyan “Lill” 10 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Fransa yüksək liqasının qızıl medallarına layiq görülüb.

Çempionluğu əldən verən PSJ “Brest” səfərində 2 cavabsız qolla 2-ci pillədəki mövqeyini qoruyub. Roman Vaivre 37-ci dəqiqədə avtoqol müəllifi olubsa, parislilərin digər topuna 71-ci dəqiqədə çempionatın bombardiri Kilian Mbappe imza atıb.

“Lans” səfərində qolsuz bərabərliklə kifayətlənən “Monako” bürünc medala layiq görülüb. “Lill” və PSJ növbəti mövsüm Çempionlar Liqasının (ÇL) birbaşa qrup mərhələsində mübarizəyə qoşulacaqsa, “Monako” bunun üçün pley-off matçları keçirməli olacaq.

“Nitsa”ya öz meydanında uduzaraq (2:3) üçüncülük şansını qaçıran “Lion” və 5-ci yeri tutan “Marsel” Avropa Liqasına vəsiqə əldə edib. “Renn” də Fransanı Konfrans Liqasında təmsil edəcək.


Mövsümü son iki pillədə bitirən “Nim” və “Dijon” elitanı tərk edib. 18-ci yerin sahibi “Nant” isə Liqa1-də qalmaq üçün pley-off oyunu keçirəcək.
Bombardirlər: Kilian Mbappe (PSJ) – 27 qol, Memfis Depay (“Lion”), Vissam Ben Yedder (“Monako”) – 20.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru