UEFA Çempionlar Liqasının finalını Türkiyəyə həvalə edir

3-06-2021, 09:36           
UEFA Çempionlar Liqasının finalını Türkiyəyə həvalə edir
2023-cü il UEFA Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində keçiriləcək.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi iyulun 9-da finalın bu ölkə keçiriləcəyini açıqlayacaq.

Qarşılaşma Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək. 2021/2022 və 2022/2023 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin də qonşu ölkədə keçirilməsi nəzərdə tutulur.

2023-cü ildəki final oyunu Almaniyanın Münhen şəhərində keçirilməli idi.

Qeyd edək ki, cari mövsüm İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı matçın daha əvvəl Türkiyədə təşkili planlaşdırılıb. Lakin oyun koronavirus səbəbindən Portuqaliyanın Portu şəhərinə verilib. Qarşılaşma "Çelsi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru