Azərbaycanın daha bir boksçusu Olimpiadaya lisenziya qazandı

6-06-2021, 10:01           
Azərbaycanın daha bir boksçusu Olimpiadaya lisenziya qazandı
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.

Yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes bu uğura imza atıb.

Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib. Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru