Buffon "Barselona"dan imtina etdi

10-06-2021, 07:55           
Buffon "Barselona"dan imtina etdi
İtaliyanın "Yuventus" klubunun sabiq qapıçısı Canluici Buffon İspaniyanın "Barselona" klubunun təklifindən imtina edib.

“Report” xəbər verir ki, bu barədə “Sport.es” bildirib.

Məlumata görə, "Barselona" rəhbərliyi ona komandanın ikinci qapıçısı olmağı təklif edib, ancaq Buffon bundan imtina edib. O, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir və özünə daha çox oyun vaxtı verə biləcək klub tapmağı nəzərdə tutur.

Xatırladaq ki, 43 yaşlı qapıçı 2020/2021 mövsümünün sonuna yaxın "Yuventus"u tərk edib və agent statusundadır.

Buffon 2001-ci ilin iyulunda "Yuventus"un oyunçusu olub, o, bu komandaya “Parma”dan 52,8 milyon avroya keçib. Lakin 17 il sonra İtaliya klubunu tərk edərək, agent kimi "Pari Sen-Jermen"ə gedib, ancaq bir mövsüm sonra, 2019-cu ildə Turinə qayıdıb.

Daha əvvəl Buffonun yayda "Barselona" ilə müqavilə bağlaya bilməsi barədə xəbər yayılıb. Qeyd edilirdi ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.