Bu futbolçu ölkəsi üçün təcili yardım maşınları aldı

27-06-2021, 13:21           
Bu futbolçu ölkəsi üçün təcili yardım maşınları aldı
İtaliya "Napoli"sinin və Seneqal millisinin futbolçusu Kalidu Kulibali koronavirusla mübarizədə ölkəsinə dəstək verib.

Manset.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi bu məqsədlə yerli xəstəxanalar üçün təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar alıb.

Bütün bunlar Neapoldan gələn gəmi ilə Seneqala çatdırılacaq.

Qeyd edək ki, Kalidu Kulibalinin yay transfer dövründə "Napoli"ni tərk edəcəyi gözlənilir. Onunla İngiltərənin "Mançester Siti" və "Liverpul" klubları maraqlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru