AVRO-2020: İspaniya qalib gəldi – YENİLƏNİB

29-06-2021, 00:06           
AVRO-2020: İspaniya qalib gəldi – YENİLƏNİB
Bu gün Avropa çempionatının 1/8 final mərhələsində Xorvatiya İspaniya ilə qarşılaşacaq.

KAİM.az xəbər verir ki, bu görüşdə növbəti 1/4 finalçı məlum olacaq.

AÇ-2020 1/8 final 20:00.

Xorvatiya – İspaniya

Matç başladı.

***

Xorvatiya hesabı açdı. 20-ci dəqiqədə Simon öz qapısına qol vurdu.

***

Hesab bərabərləşir. 38-ci dəqiqədə Sarabia bərabərlik qolunu vurur.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

İspaniya hesabı 2:1 edir. Sezar Aspilikueta 57-ci dəqiqədə fərqlənir.

***

İspaniya hesabı 3:1 edir. 77-ci dəqiqədə Fernan Torres fərqlənir.

***

Xorvatiya 2-ci qolu vurur və hesab 2:3 olur. Orşim 85-ci dəqiqədə fərqlənir.

***

Xorvatiyadan bərabərlik qolu. Paşaliç 90+3-cü dəqiqədə fərqlənir.

***

Qarşılaşmada 90 dəqiqə başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

Əlavə olunmuş ilk hissə başladı.

***

Alvaro Morata hesabı 4:3 edir. O, 100-cü dəqiqədə fərqlənir.

***

İspaniya hesabı 5:3 edir. 103-cü dəqiqədə Oyarzabal fərqlənir.

***

Matç bitdi. İspaniya 1/4 finala adlayıb. Onun rəqibi Fransa – İsveçrə görüşündə bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru