"Neftçi" bu gün "Spartak"la qarşılaşacaq

29-06-2021, 09:46           
"Neftçi" bu gün "Spartak"la qarşılaşacaq
Xaricdə təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün sonuncu yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu kollektiv Rusiyanın “Spartak” (Moskva) klubu üz-üzə gələcək.

Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qarşılaşma "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli “Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə 1:2 hesabı ilə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru