Ukrayna yığmasından tarixi nailiyyət VİDEO

30-06-2021, 08:11           
Ukrayna yığmasından tarixi nailiyyət
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

"Report"un məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Onun sərt oyunu nəticəsində Artyom Besedin dizindən dəhşətli zədə alıb. Orsato Danielsona əvvəlcə sarı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qırmızı vərəqəyə əl atıb.

Beləliklə, Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza ataraq, 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru