Çexiyalı futbolçunun Bakıya gəlişi Emrelinin işinə yaradı

30-06-2021, 12:30           
Çexiyalı futbolçunun Bakıya gəlişi Emrelinin işinə yaradı
Polşanın "Legiya" klubu Çempionlar Liqasında mübarizəyə ən yaxşı bombardiri olmadan başlayacaq.

"Report"un "fakt.pl" nəşrinə istinadən məlumatına görə, ötən mövsüm 32 qola imza atmış Tomaş Pekqart Avropa çempionatında Çexiya yığmasının düşərgəsində olduğu üçün Norveçin “Bude Qlimt” komandası ilə ilk oyunu buraxacaq.

Çexiyalılar Bakıdakı oyunda Danimarkaya uduzsalar, 32 yaşlı forvard "Legiya"nın cavab qarşılaşmasında meydana çıxa bilər.

Təcrübəli oyunçunu Norveç təmsilçisi ilə qarşılaşmada Azərbaycan millisinin üzvü Mahir Emrelinin əvəzləyəcəyi gözlənilir. Baş məşqçi Çeslav Mixneviç taktika ilə bağlı qərar verməlidir. Burada isə əsas diqqqətlər məhz Emreliyə çevrilib.

Qeyd edək ki, “Bude Qlimt” - "Legiya" matçı iyulun 7-də olacaq, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.

İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru