“Liverpul” Türkiyə millisinin üzvü ilə vidalaşdı

30-06-2021, 23:00           
“Liverpul” Türkiyə millisinin üzvü ilə vidalaşdı
Futbol üzrə Türkiyə millisinin müdafiəçisi Ozan Kabak İngiltərənin “Liverpul” klubundan ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Bu ilin əvvəlində Almaniyanın “Şalke” klubundan 6 aylıq icarəyə götürülən futbolçunun müqaviləsinin müddəti bitib. “Liverpul” onu saxlamağa ehtiyac duymadığından, Ozan da müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıtmalı olub. Halbuki, İngiltərə klubu onu satınalma şərti ilə icarəyə götürmüşdü.

Qeyd edək ki, 21 yaşlı türk futbolçu “Liverpul”da cəmi 13 oyuna çıxıb. “Qalatasaray”ın yetirməsi olan Ozan, 2019-cu ildə İstanbul təmsilçisindən ayrılaraq “Ştutqart”a transfer olunmuşdu. Amma bu komandada cəmi yarım mövsüm keçirdikdən sonra onu “Şalke” transfer etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru