FİFA prezidenti özünün əsas məqsədini açıqladı

1-07-2021, 07:55           
FİFA prezidenti özünün əsas məqsədini açıqladı
FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatının layihəsi, həmçinin təşkilatın milli komandaların inkişafı üzrə hədəfləri haqqında fikrini bildirib.

Bu barədə “Report” EFE agentliyinə istinadən xəbər verir.

"Layihəsi təxirə salınan klublarası dünya çempionatı? Biz nə vaxt layihə haqqında danışsaq, beynəlxalq təqvimdən danışmalıyıq. Biz daha sağlam futbol istəyirik, hansında ki, daha az diskriminasiya və daha çox rəqabət olacaq. Buna nail olmaq üçün bütün təqvimi nəzərə almaq lazımdır, ancaq klublararası dünya çempionatını deyil”, - deyə o bildirib.

FİFA rəhbəri əlavə edib ki, beynəlxalq təqvim 2024-cü ilə qədər təşkil edilib: “Bundan sonra heç nə planlaşdırmamışıq, onu yenidən təşkil edəcəyik. “Mənim məqsədim və arzum, bizim ideyamız, fəlsəfəmiz bütün qitələrdən 50 klubun klublararası dünya çempionatında və 50 milli komandanın dünya çempionatında qələbə iddiasında olmasıdır”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru