Messinin "Barselona" ilə müqaviləsinin müddəti başa çatdı

1-07-2021, 08:12           
Messinin "Barselona" ilə müqaviləsinin müddəti başa çatdı
Argentinanın futbol üzrə yığmasının hücumçusu Lionel Messi azad agent olub.

"Report" xəbər verir ki, onun İspaniyanın "Barselona" futbol komandası ilə müqaviləsi bu gün – iyulun 1-də başa çatıb.

Razılaşmanın müddətinin uzadılması indiyə qədər rəsmən açıqlanmayıb. Bu halda argentinalı komanda ilə yeni müqavilə imzalaya biləcək.

Messi 2003-cü ildən - bütün karyerası boyunca "Barselona"da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və səkkiz dəfə Superkuboku qazanıb. Hücumçu habelə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA-nın Superkubokunu, Klublararası dünya çempionatını udub.

Messi İspaniya Primerasının ötən mövsümündə 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru