AFFA rəsmisi: "Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik"

3-07-2021, 00:06           
AFFA rəsmisi:
"Ümid edirik ki, bu oyundan sonra Çexiya və Danimarka vətəndaşları öllkəmizə yaxından maraq göstərəcək və Bakıda keçiriləcək növbəti idman tədbirlərinə də qatılacaqlar".

Cebhe.info xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunundan əvvəl "Einnews" nəşrinə açıqlamasında deyib.

O, Skandinaviya təmsilçisi Danimarkanın və Orta Avropa ölkəsi hesab edilən Çexiyanın Azərbaycan paytaxtında oynamasına görə fəxr ediklərini bildirib.

Məmmədov daha əvvəl A qrupunda Türkiyə, Uels və İsveçrə kimi yığmaların da matçlarını məhz Bakı Olimpiya Stadionunda keçirdiyini xatırladıb: "Sabahkı oyunu səbrsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycanda bir çox azarkeşlər üçün yenidir. Lakin mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya çox ciddi dəstək veriləcək. Digər tərəfdən Çexiyanın son turda Niderlandı məğlub etməsi fanatların yaddaşlarında qalıb. Hər iki kollektiv AVRO-2020-də möhtəşəm anlar yaşayıb. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.