İsveçrə yığmasını məğlub edən İspaniya millisi AVRO-2020-nin ilk yarlmfinalçısıdır

3-07-2021, 00:09           
İsveçrə yığmasını məğlub edən İspaniya millisi AVRO-2020-nin ilk yarlmfinalçısıdır
Yarımfinalda İspaniya yığması bu gün Münhendə keçiriləcək Belçika-İtaliya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək

Futbol üzrə İspaniya milli komandası Sankt-Peterburqda keçirilən oyunda İsveçrə millisinə penaltilərdə qalib gələrək turnirin ilk yarımfinalçısı olub.

Stadionda 24764 tamaşaçının seyr etdiyi oyunun əsas hissəsi 1:1 hesabı ilə heç-heçə başa çatıb. Hər iki qolu İsveçrə millisinin oyunçuları vurub – Denis Zakariya (8-ci dəqiqədə avtoqol) və Cerdan Şakiri (68).

Əlavə vaxtda qapılara qol vurulmayıb. Oyun sonrası penaltilərdə isə ispanlar 3:1 hesabı ilə üstün olublar.

Oyunun 77-ci dəqiqəsində İsveçrə millisinin yarımmüdafiəçisi Remo Froyler qırmızı kart alaraq meydandan qovulub.

Yarımfinalda İspaniya yığması bu gün Münhendə keçiriləcək Belçika-İtaliya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru