Niderland və Belçika futbol liqaları birləşməyə qərar verdi

3-07-2021, 07:20           
Niderland və Belçika futbol liqaları birləşməyə qərar verdi
Avropanın ən nüfuzlu 7-ci futbol liqası olan Niderland və 9-cu olan Belçika liqası daha güclü layihə yaratmaq üçün birləşməyə qərar verib.

“SkySports” xəbər verir ki, ilk görüşlərdə iki liqa təmsilçiləri prinsipial razılığa gəliblər.

UEFA sıralamasında ilk 5 ən prestijli liqalar arasında yer alaraq həm yayım gəlirlərini, həm də futbol keyfiyyətini artırmağı hədəfləyən layihənin adı “BeNeLiga” olacaq.

Belçika və Niderland futbol federasiyaları əvvəllər bu layihəni qadın liqalarında həyata keçirib və uğurlu nəticələr əldə ediblər. 2012-ci ildə başlayan “BeNe” Liqasında Belçika və Niderlanddakı qadın futbol komandaları vahid bir liqa qurdular və eyni platformada mübarizə apardılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru