Cüdoçularımız Avropa kuboku yarışında 4 medal qazandı - Fotolar

3-07-2021, 21:46           
Cüdoçularımız Avropa kuboku yarışında 4 medal qazandı - Fotolar
Çexiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.

Oğlanların mübarizəsində Xəyal Həsənov (-50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bu çəkidəki digər təmsilçimiz Babarəhim Mirzəyev bürünc medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Aydın Rzayev yalnız final görüşündə uduzaraq gümüş medal əldə edib. Qızların yarışında Aydan Rzayeva millimizə gümüş medal qazandırıb. Beləliklə milli komandamız Teplitse yarışının ilk günündə 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

Beynəlxalq yarışda Avropanın 28 ölkəsindən 371 cüdoçu medallar uğrunda mübarizə aparır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru