AVRO-2020: Danimarka yarımfinalda Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. Danimarka 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.