Fransa yığmasının məşhur futbolçuları irqçilikdə ittiham olunurlar

4-07-2021, 00:01           
Fransa yığmasının məşhur futbolçuları irqçilikdə ittiham olunurlar
Dembelenin 2019-cu ildə kataloniyalılar Yaponiyada turda olarkən çəkdiyi video South China Morning Post-un əlinə keçib.

İspaniyanın "Barselona" klubunun və Fransa milli komandasının futbolçuları Antuan Qrizmann və Usman Dembele asiyalılara qarşı irqçilikdə ittiham olunurlar.

Sputnik Azərbaycan bildirir ki, onların televizoru düzəldən işçilərin hərəkətlərini şərh etdikləri videonu South China Morning Post yayıb.

"Bütün bu eybəcər sifətlərə biz ancaq sənin Pro Evolution Soccer oynamaq istəyinə görə dözməliyik. Utanmırsan? Nə geridə qalmış dilləri var? Bu ölkə ümumiyyətlə texniki inkişaf görüb, ya yox?" - Dembele Qrizmanndan soruşur.

Qeyd olunur ki, bu videonu Dembele 2019-cu ildə kataloniyalılar Yaponiyada turda olarkən çəkib.

Fransa millisi AVRO-2020-ni 1/8 finalda penaltilər seriyasında isveçrəlilərə məğlub olaraq (əsas vaxt - 3:3) tərk edib. Qrup mərhələsində fransızlar Almaniya üzərində qələbə (1:0) və Macarıstan (1:1) və Portuqaliya (2:2) heç-heçədən sonra birinci yer tutmuşdular.

Qrizmann AVRO-nun bütün dörd oyununda meydana çıxıb və bir qol vurub. Dembele turnirin iki oyununda iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru