Messi Peleyə məxsus rekordun bir addımlığındadır

4-07-2021, 10:42           
Messi Peleyə məxsus rekordun bir addımlığındadır
Argentina millisinin futbolçusu Lionel Messi yığmada vurduğu top sayında rekordun bir addımlığındadır.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu braziliyalı Peleyə məxsus 77 qolluq Cənubi Amerika rekordunu təkrarlaya bilər. O, Amerika Kubokunun 1/4 final mərhələsində Ekvadoru 3:0 hesabı ilə yendikləri oyunda son nöqtəni qoyub. Beləliklə, Messi yığmadakı 149-cu matçında qol sayını 76-ya çatdırıb.

Təcrübəli forvardın aktivində 51 məhsuldar ötürmə də var. Pele isə 77 qolu 91 oyuna vurub.

Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun yarımfinalında Kolumbiya ilə üz-üzə gələcək. Görüş iyulun 7-də keçiriləcək. İyulun 6-da isə Braziliya və Peru milliləri arasında digər 1/2 final görüşü keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru