Ronaldu şərtini açıqladı - Klub rəhbərliyi vaxt istədi

5-07-2021, 00:07           
Ronaldu şərtini açıqladı - Klub rəhbərliyi vaxt istədi
"Yuventus"un superulduzu Kriştianu Ronaldu Turin klubunu tərk etmək istəmir.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun agenti Jorje Mendeş artıq "Yuventus" rəhbərliyinə müştərisinin istəyini çatdırıb.

Kriştianu turinlilərlə olan müqaviləsinin mnüddətinin 2023-cü ilə qədər artırılmasını arzulayır. "Qoca sinyora"nın idarəçiləri isə Mendeşə müəyyən müzakirələrdən sonra yekun qərarı açıqlayacaqlarını bildiriblər.

Mənbə "Yuventus" rəhbərliyinin ildə 31 milyon avro maaş alan 36 yaşlı futbolçunun əməkhaqqını ödəməyə çətinlik çəkdiklərini və bu üzdən qərar verməyə tələsmədiklərini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildən "Yuve"də çıxış edən, son mövsümdə 29 qolla A Seriyasının bombardiri olan Ronaldunun indiki sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru