Maşınını qaçırana badalaq vuran ulduz istintaqa cəlb edildi

5-07-2021, 09:15           
Maşınını qaçırana badalaq vuran ulduz istintaqa cəlb edildi
Roma"nın hücumçusu Stefan El-Şaaravi ona məxsus "Lamborghini" avtomobilini qaçıran şəxsi döydüyü üçün ifadə verəcək.

Fanat.Az istinadən xəbər verir ki, həmiş şəxsə may ayında 1 il 4 aylıq həbs hökmü oxunsa da, o, El-Şaaravinin yetirdiyi bədən xəsarətlərini əsas gətirərək şikayət edib.

"Football Italia" iyulun sonlarında ifadəsi alınacaq tanınmış oyunçunun vəkilinin söylədiklərini belə çatdırıb:

"Onun maşınını oğurlayan adam çox şey deyə bilər. Amma ədalət və həqiqət öz yerini tapmalıdır. Stefan ifadə zamanı nə baş verdiyini danışacaq".

Qeyd edək ki, EL-Şaaravi fevralda maşınının şüşələrini qıraraq onu qaçırmaq istəyən şəxsi qovmuş və onu küçənin ortasında badalaq vuraraq saxlamışdı. Ardından hadisə yerinə polislər gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru