Messi 1-ci pilləyə yüksəldi - "Qızıl top"a namizədlər

5-07-2021, 22:50           
Messi 1-ci pilləyə yüksəldi -
Goal.com portalı "Qızıl top"a namizədlərin reytinqini yeniləyib.

Qol.az xəbər verir ki, son siyahıda jurnalistlər nüfuzlu fərdi mükafatı qazanmağa əsas namizəd Argentina millisinin üzvü Lionel Messini hesab edirlər. Bununla da, "Barselona" ilə müqaviləsi başa çatan çatan 34 yaşlı hücumçu siyahıda 5-ci pillədən 1-ci pilləyə yüksəlib.
2-ci sırada Polşa millisinin və "Bavariya"nın oyunçusu Robert Levandovski qərarlaşıb. O, bundan əvvəlki siyahıda 4-cü idi. Fransa yığmasının və "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante isə 3-cü olub. Daha əvvəl jurnalistlər məhz onu "Qızıl top"a əsas namizəd hesab edirdilər.

Goal.com versiyasına görə, "Qızıl top"a namizəd 10 futbolçu

1. Lionel Messi (azad agent)
2. Robert Levandovski ("Bavariya")
3. Nqolo Kant ("Çelsi")
4. Romelu Lukaku ("İnter")
5. Kilian Mbappe (PSJ)
6. Kevin De Brüyne ("Mançester Siti")
7. Kriştiano Ronaldo ("Yuventus")
8. Rahim Sterlinq ("Mançester Siti")
9. Erlinq Holand ("Borussiya" Dortmund)
10. Neymar (PSJ)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru