Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı - EKSKLÜZİV

9-07-2021, 09:26           
Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı - EKSKLÜZİV
Polşanın III Liqa təmsilçisi KSZO-da çıxış edən azərbaycanlı futbolçu Fuad Bayramov klubundan ayrılıb.

Bu barədə Fanat.Az-a 26 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

O, saytımıza açıqlamasında Polşa klubuna necə getdiyini və ayrılmasının səbəbini deyib:

"Rustavi" klubu ilə 2020-ci ilin yayına qədər müqaviləm vardı. 2019-cu ilin dekabrında Bakiya gəldim. Ancaq pandemiyaya görə sərhədlər bağlandığı üçün geriyə qayıda bilmədim. Özüm üçün fərdi məşqlər edirdim. Düzü, Azərbaycan klublarından təklif olmadı. Ondan sonra qardaşımın köməkliyi ilə viza düzəltdirdim və Polşaya yollandım. Bir menecerlə tanış olduq və mənə komanda tapdı. İndi də elə həmin menecerlə işləyirəm. Mövsümün sonunda, 15 gün öncə KSZO-dan ayrıldım. Düzü, komanda qalmağımı istəsə də, daha yüksək liqaya keçmək istədim. Ona görə də ayrılmalı oldum. İnşallah, yeni komanda tapacam".

Fuad Bayramovdan Polşanın "Legiya" klubuna keçən və artıq qolları sıralamağa başlayan Mahir Emreli haqda da soruşduq. Cavabı belə oldu:

"Mahirlə yaxın münasibətim yoxdur. Azərbaycanda çıxış edəndə çempionat oyunlarında bir-birimizi görərdik. Hələ ki, burda haqqında heç bir şey eşitməmişəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.