Tokio-2020-də idmançılarımıza təqdim olunacaq medallar məişət elektronikasından hazırlanıb

11-07-2021, 00:00           
Tokio-2020-də idmançılarımıza təqdim olunacaq medallar məişət elektronikasından hazırlanıb
Tokio yay olimpiya və paralimpiya oyunlarında fəxrü kürsüyə çıxacaq idmançılara təqdim olunacaq medallar emal edilmiş məişət elektronikasından hazırlanıb.

Allsport.az saytı xəbər verir ki, təşkilat komitəsinin nümayəndəsi Yuki Arata bu barədə belə deyib:

“Biz emal edilmiş məişət elektronikasından 5 min medal hazırlamışıq. Söhbət smartfonlardan və kompüterlərdən gedir. Bütün bunların hamısını bizə Tokio sakinləri təqdim ediblər”.

Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Azərbaycan bu “dördilliy”ə 41 vəsiqə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru