Argentina Braziliyanı məğlub etdi - Messi millidə ilk titulunu qazandı

11-07-2021, 09:07           
Argentina Braziliyanı məğlub etdi -
Bu gün Amerika kubokunun (Kopa Amerika) finalında Argentina-Braziliya qarşılaşması baş tutub.

Modern.az xəbər verir ki, oyunda hesab 22-ci dəqiqədə açılıb. Anxel Di Mariya komanda yoldaşı Rodriqo De Paulun ötürməsini qola çevirib - 1:0.

Oyunda başqa qol olmayıb və Argentina Amerika kubokunun qalibi olub.

Qeyd edək ki, Argentinanın kapitanı Lionel Messi milli komanda ilə ilk titulunu qazanır.

Onu da əlavə edək ki, Messi "Kopa Amerika" turnirinin ən yaxşı oyunçusu və bombardiri (4 qol) seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru