İngiltərə qazanacağı pul mükafatından imtina edəcək - SƏBƏB

11-07-2021, 19:10           
İngiltərə qazanacağı pul mükafatından imtina edəcək - SƏBƏB
İngiltərə futbolçuları Avropa çempionatının finalında İtaliya üzərində qələbə qazansalar, pul mükafatından imtina edəcəklər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TalkSport nəşri yayıb.

Mənbə yazır ki, İngiltərə milli komandasının oyunçuları mükafat pulundan xeyriyyəçilik xeyrinə imtina edəcəklər. İtaliya üzərində qələbə qazanacağı təqdirdə İngiltərə millisi 11 milyon avro almalıdır.

10 iyulda Britaniya Kraliçası II Yelizaveta İngiltərənin baş məşqçisi Garet Soutgeytə müraciət edib:

"Ümid edirəm ki, yalnız qələbə deyil, həm də meydanda göstərdiyiniz oyunun ruhu və qüruru da tarixə yazılacaq”.

Avropa çempionatının finalı bu gün Londonda Uembli Stadionunda keçiriləcək. Matçın başlama saatı Bakı vaxtı ilə 23:00-dır.

İngiltərə tarixində yalnız bir dəfə 1966-cı ildə dünya çempionu olub. Londonda baş tutan finalda Almaniya komandasından 4-2 hesabı ilə üstün olub.

Xatırladaq ki, oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə vaxt təyin olunub. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına göndərib.

Top dirəyə dəyəyək yerə düşüb. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirib. Həmin oyunda azərbaycanlı yan xətt hakimi olan Tofiq Bəhramov ingilislərin vurduğu topu sayıb.

Baş hakim onun dedikləri ilə razılaşaraq meydançanın mərkəzini göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.