"Croatia Grand Chess Tour": Şəhriyar Məmmədyarov son 9 turda mübarizə aparacaq

12-07-2021, 00:09           
"Croatia Grand Chess Tour":
Bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Bu gün "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour"un blits turnirində son 9 turun partiyaları oynanılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək. Sonrakı qarşılaşmalarda rusiyalı Yan Nepomnyaşi, niderlandlı Jorden Van Forest, Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk, polşalı Yan-Kşıştof Duda, eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov, ukraynalı Anton Korobov, daha bir keçmiş dünya çempionu hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək təmsilçimiz günün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Şahmatçımız ötən 9 turun nəticəsinə görə, 4 xal toplayıb.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb. Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xatırladaq ki, ötən gün Xorvatiyanın paytaxtı Zaqrebdə Grand Chess Tour-un blits turniri çərçivəsində Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda 13-cü dünya çempionu, Rusiyanı təmsil edən bakılı Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.

Məmmədyarovun aktivində 7,5 xal var və rusiyalı Aleksandr Qrişukla 6-7-ci yerləri bölüşür. Yarım xal yığan Kasparov sonuncu yerdədir. Faransalı Maksim Vaşye-Laqrav 9,5 xalla birincidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru