Çempionlar Liqası: I təsnifat mərhələsində cavab oyunları başlayır

13-07-2021, 08:03           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 11 qarşılaşma baş tutacaq.

Estoniyadakı matçda Malta "Hibernians"ını 2 cavabsız qolla məğlub edən "Flora", Albaniyada "Teuta"ya 4:0 hesabı ilə qalib gələn Moldova "Şerif"i, həmçinin Macarıstanın "Ferentsvaroş", Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın "Jalgirirs" və Slovakiyanın "Slovan" komandaları növbəti mərhələyə adlamağa daha yaxındırlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

20:00. “Hibernians” (Malta) - "Flora" (Estoniya)

İlk oyun - 0:2

20:00. "Riqa" (Latviya) - Malmö” (İsveç)

İlk oyun - 0:1

20:00. "Linkoln" (Cəbəllütariq) - “Fola Eş” (Lüksemburq)

İlk oyun - 2:2

21:00. "Şerif" (Moldova) - "Teuta" (Albaniya)

İlk oyun - 4:0

22:00. "Priştina" (Kosovo) - “Ferentsvaroş” (Macarıstan)

İlk oyun - 0:3

22:00. "Mura" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya)

İlk oun 1- :0

22:00. "Borats" (Bosniya və Herseqovina) - ÇFR (Rumıniya)

İlk oyun - 1:3

22:30. "Buduçnost" (Monteneqro) - HİK (Helsinki, Finlandiya)

İlk oyun - 1:3

22:45. “Linfild” (Şimali İrlandiya) - "Jalgiris" (Litva)

İlk oyun - 1:3

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Slovan" (Bratislava, Slovakiya)

İlk oyun - 0:2

23:30. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun - 0:1

Qeyd edək ki, bu raundun digər 5 oyunu iyulun 14-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru