Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinə yekun vurulacaq

14-07-2021, 08:43           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Qazaxıstanın “Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İlk oyunda Gürcüstanda Tbilisi "Dinamo"suna 2:1 hesabı ilə qalib gələn "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.

Azərbaycan azarkeşlərini yaxından maraqlandıran digər qarşılaşma isə Polşada keçiriləcək. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma azarkeşləri önündə Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkəcək.Varşava təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan ilk matçda Emreli dubl edib.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18:00. “Kayrat” (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail)

İlk oyun - 1:1

19:00. "Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels)

İlk oyun - 2:2

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)

İlk oyun - 2:1

22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 3:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru