Məmmədova növbəti mərhələdə, Şəhriyar gözləyir

15-07-2021, 07:51           
Məmmədova növbəti mərhələdə, Şəhriyar gözləyir
Rusiyanın Soçi şəhərində Azərbaycanın 7 şahmatçısının qatıldığı dünya kuboku yarışları davam edir.

Axar.az xəbər verir ki, şahmatçımız Gülnar Məmmədova estoniyalı Mai Narvanı tay-brekdə 4,5:3,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Otuz ikidəbir finalda onun rəqibi gürcüstanlı Lela Javakişvili olacaq. G.Məmmədova ilə yanaşı, Vasif Durarbəyli də uğurla çıxış edərək növbəti mərhələdə iştirak hüququ qazanıb. O altmış dörddəbir finalda rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Altmış dörddəbir finaldan mübarizəyə başlayacaq Şəhriyar Məmmədyarovun da rəqibi müəyyənləşib. Şahmatçımız startda braziliyalı Krikor Sevaq Mexitarianı sınağa çəkəcək. Kişi şahmatçılarımızdan Nicat Abasov isə altmış dörddəbir final mərhələsində ermənistanlı Şant Sarqsyanla üz-üzə gələcək. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə otuz ikidəbir finalda sloveniyalı Laura Unuk ilə qarşılaşacaq.

Didər qadın şahmatçılarımız Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru