Çempionlar Liqası: Emrelidən məhsuldar ötürmə, 4 komanda növbəti mərhələdə

15-07-2021, 07:11           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.

Günün ilk matçında Qazaxıstanın “Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gəlib. "Kayrat" rəqibini 2:0 hesabı ilə üstələyərək növbəti raunda yüksəlib.

Azərbaycan çempionu "Neftçi" ilk görüşdə olduğu kimi cavab matçında da Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gələrək II təsnifat mərhələsində Yunanıstan "Olinpiakos"una rəqib olub.

Ermənistanın "Alaşkert" komandası Uels "Konnas-Ki Nomads"ını yalnız əlavə vaxtda vurduğu qolun hesabına məğlub edə bilib.

Günün son oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Norveç "Budyo Qlimt"ini qəbul edib. Qarşılaşma Varşava təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Emreli görüşə start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. 42-ci dəqiqədə onun məhsuldar ötürməsindən sonra Lucas Lima Linhares hesabı açıb. İlk matçda da rəqibini məyus edən "Legiya" növbəti mərhələdə "Flora" (Estoniya) ilə görüşəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

“Kayrat” (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

İlk oyun - 1:1

"Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels) - 1:0 (Əlavə vaxt)

İlk oyun - 2:2

"Neftçi" (AZƏRBAYCAN) - "Dinamo" (Tbilisi, Gürcüstan) - 2:1

İlk oyun - 2:1

"Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç) - 2:0

İlk oyun - 3:2

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab matçları isə bir həftə sonra gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru