Kellini sonuncu penaltidə rəqibi çaşdırmağa çalışıb

15-07-2021, 08:54           
Kellini sonuncu penaltidə rəqibi çaşdırmağa çalışıb
AVRO-2020-nin final oyununda italiyalı müdafiəçi Corco Kellini ingiltərəli futbolçu Bukayo Sakanın sonuncu penalti zərbəsini vurmağa hazırlaşdığı zaman “kirikoço” kəlməsini qışqırıb.

ESPN məlumat verir ki, İtaliyada bu söz rəqibi səhv etməyə məcbur etmək üçün istifadə olunur.
знать больше

“Kirikoço” sözü adətən rəqib təhlükəli cərimə zərbəsini yerinə yetirərkən və ya qapıçı ilə üz-üzə qalanda deyilir.

Uca səslə ifadə olunan bu sözün rəqib oyunçunun səhv etməsinə səbəb olduğuna inanılır.

Xatırladaq ki, AVRO-2020-nin finalında “Arsenal”ın 19 yaşlı oyunçusu Saka 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib və İtaliya Avropa çempionatının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru