Tomas Bax: "Fəxri kürsü siyasi nümayiş üçün deyil"

16-07-2021, 12:19           
Tomas Bax: "Fəxri kürsü siyasi nümayiş üçün deyil"
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminin gedişində baş verə biləcək siyasi aksiyalarla bağlı fikirlərini bölüşüb.

"Report"un "Financial Times" nəşrinə istinadən məlumatına görə, almaniyalı funksioner fəxri kürsü və mükafatlandırma mərasiminin siyasi nümayiş üçün olmadığını bildirib.

"Bunlar idmançıları şəxsi baxışlarına görə yox, idman nailiyyətləri qarşılığında medallar qazandıqları üçün şərəfləndirməkdən ötrüdür", - deyə Bax vurğulayıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçirilməlidir. Yalnız 26 yarış tamaşaçılarla keçiriləcək. Azarkeşlərin qalan 724 idman tədbirini isə canlı izləmələri mümkün olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru