Günay Məmmədzadə növbəti mərhələdə - Dünya kuboku

17-07-2021, 00:19           
Günay Məmmədzadə növbəti mərhələdə - Dünya kuboku
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

KONKRET.az xəbər verir ki, bu gün şahmatçılarımız cavab oyunlarında iştirak ediblər. Otuzikidəbir finalda qadın şahmatçılarımızdan Günay Məmmədzadə sloveniyalı Laura Unuku 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarovun braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasovun ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Javakişvili ilə oyunları heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə mübarizə aparacaqlar.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru