İstanbul Çempionlar Liqasının finalına ev sahibliyi edəcək
16-07-2021, 22:37
Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbilə UEFA final matçını Portuda keçirmişdi.