“Real”ın prezidentindən Məsut Özilin sevgilisi haqqında ŞOK AÇIQLAMA

17-07-2021, 14:45           
“Real”ın prezidentindən Məsut Özilin sevgilisi haqqında ŞOK AÇIQLAMA
“Real Madrid”in prezidenti Florentino Peresin daha bir qalmaqallı səs yazısı yayılıb.

7Times.az “Marca”ya istinadən xəbər verir ki, bu dəfə Peresin Məsut Özillə bağlı sözləri yayımlanıb.

“Özil bura 21 yaşında gəlib. Üçüncü nəsil türkdür və birdən-birə gəlib Madrid kimi şəhərə düşüb. Bura gələndə heç nəyi yox idi. Sonra Milandan olan bir model qızla tanış oldu. Hər dəqiqə şəxsi təyyarəsi ilə onun yanına eşqbazlığa gedirdi.

Hələ bir dəfə Mourinyunu da əsəbləşdirib. Mourinyu da Özilə deyib ki, “Ey səfeh, gəl sənə ata kimi məsləhət verim. Həmin qızla münasibətini kəs. “İnter”ın, “Milan”ın futbolçuları, hətta məşqçilər heyəti belə həmin qızla eşq yaşayıb. Çox sürüşkən qızdır”. Bundan sonra Özil həmin qızla münasibətini kəsib” deyə Peres bildirib.

Qeyd edək ki, daha əvvəl Florentino Peresin sabiq “Real Madrid”li Raul Qonzalez, İker Kasilyas, Luiş Fiqu və Kriştianu Ronaldu haqda da təhqir və tənqid dolu səs yazıları yayımlanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.