Məmmədyarov Martirosyanla üz-üzə

18-07-2021, 09:58           
Məmmədyarov Martirosyanla üz-üzə
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

"Qafqazinfo" xəbər verir ki, dünya kubokunun üçüncü mərhələsində şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Şəhriyar Məmmədyarov ermənistanlı Haik Martirosyan, Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə görüşəcəklər.

Qadın şahmatçılarımız - Günay Məmmədzadə iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədova isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda üz-üzə gələcəklər. Oyunlar bu gün keçiriləcək.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru