Şəhriyar Məmmədyarov dünya kuboku yarışında uduzdu

19-07-2021, 00:17           
Şəhriyar Məmmədyarov dünya kuboku yarışında uduzdu
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.

Teref.az "Azərtac"a istinadla xəbər verir ki, bu gün dünya kubokunun üçüncü mərhələsinin ilk partiyaları oynanılıb. Belə ki, otuz ikidəbir finalda kişi şahmatçılarımız — Nicat Abasov rusiyalı Andrey Yesipenko, Vasif Durarbəyli isə çexiyalı David Navara ilə heç-heçə ediblər, Şəhriyar Məmmədyarov isə ermənistanlı Haik Martirosyana məğlub olub.

Qadın şahmatçılarımız - Günay Məmmədzadənin iranlı Sarasadat Hademalşarieh, Gülnar Məmmədovanın isə almaniyalı Elizabet Paets ilə on altıdabir finalda oyunları da heç-heçə ilə nəticələnib.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru