Altı idmançı səhvən Olimpiadaya gəlib

19-07-2021, 07:39           
Altı idmançı səhvən Olimpiadaya gəlib
Polşa yığmasının üzvü olan altı üzgüçü səhvən Olimpiya Oyunlarının keçiriləcəyi Tokioya gəlib.

Bu barədə “SwimSwam” məlumat yayıb.

Polşa Üzgüçülük İttifaqının (PZP) yol verdiyi yanlışlıq səbəbindən Yaponiyaya gələn idmançıların artıq geri qaytarıldığı bildirilib.

Qeyd edək ki, Polşanı Olimpiadada təmsil edəcək idmançıların siyahısı son anda yenilənib və həmin altı üzgüçünün adı çıxarılıb. Lakin bu barədə nə idmançıların özlərinə, nə də müvafiq orqanlara məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru