Şəhriyar Məmmədyarov Soçidə erməni rəqibinin müqavimətini qırdı

20-07-2021, 07:49           
Şəhriyar Məmmədyarov Soçidə erməni rəqibinin müqavimətini qırdı
Bu günlərdə Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunda eyni vaxtda üç şahmatçımız çıxışlarını yekunlaşdırıb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunun üçüncü dövrəsində əvvəl uduzduğu erməni şahmatçısı Ayk Martirosyanla hesabı bərabərləşdirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Məmmədyarov birinci partiyada qara fiqurlarla klassik vaxt hesabı ilə Martirosyana uduzmuşdu. Mübarizəni davam etdirmək üçün o, cavab görüşündə ağ fiqurlarla qalib gəlməli idi. Uzun sürən görüşdə Məmmədyarov nəhayət 86-cı gedişdə rəqibinin müqavimətini qırıb. Hesab bərabərləşib (1:1), indi şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcəklər.

Digər azərbaycanlı qrossmeyster Vasif Dürarbəyli David Navara (Çexiya) ilə ikinci partiyanın oyununu qələbə ilə başa vurub (1.5:0.5) və Dünya Kubokunun dördüncü dövrəsinə adlayıb.

Nicat Abbasov isə rusiyalı Andrey Yesipenkoya 0.5:1.5 hesabı ilə uduzaraq, Dünya Kubokunu tərk edib.

Qadın şahmatçılarımız isə çıxışlarını bitiriblər – Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü dövrədə Sarasadat Hademalşairə (İran) və Elizabet Petzə (Almaniya) eyni hesabla uduzublar – 0.5:1.5.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru