Tokio-2020: Daha 12 nəfərdə koronavirus aşkarlandı 22-07-2021, 10:22 Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 nəfər koronavirusa yoluxub.Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılar, 6 nəfər yaponiyalı, 4 nəfər isə xarici əməkdaşlardır.Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb. Facebook-da paylaş