Cavid Qurbanovun federasiyasında BÖHRAN

23-09-2021, 14:11           
Cavid Qurbanovun federasiyasında BÖHRAN
Azərbaycan Voleybol Federasiyasında maddi məsələlərlə bağlı çətinliklər hələ də davam edir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yaranan problemlərə görə federasiya idmançıları məzuniyyətə göndərib.

Səbəb kimi isə büdcədə pul olmadığı göstərilib.

Belə ki, 6 ay öncə voleybolçular məşqlərə çağırılıb və onlara aylıq ödənişlər edilib. 4 ay ödənişlər edildikdən sonra isə yenidən maaşlar kəsilib. Maaşlar kəsildikdən sonra isə idmançılara məzuniyyətə göndərildikləri barədə məlumat verilib.

Hazırda məşqlərin nə vaxt bərpa olunacağı barədə də məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.