Daha bir cüdoçumuz qızıl medal qazandı

27-09-2021, 00:04           
Daha bir cüdoçumuz qızıl medal qazandı
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

Axar.az xəbər verir ki, rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.